Cəmiyyət

Baş Prokurorluq 50 vakant ştat vahidi üzrə növbəti müsabiqə keçirir

Sharing is caring!


“Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə keçirilir”.

Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin – I mərhələsi, yəni test mərhələsi keçirilir:

“Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Ümidvarıq ki, müsabiqə nəticəsində yüksək nəzəri biliyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, geniş dünyagörüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir