Dünya

Floridada təyyarə treyler parkına çırpılıb, ölənlər var – VİDEO

Sharing is caring!


ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi treyler parkına çırpılıb. Yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Elers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib. O, ölənlərin dəqiq sayını açıqlamayıb.

Elersin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb. Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb. Yanğınsöndürmə rəisi qeyd edib ki, üç qoşquda olanlar çölə çıxa biliblər və xəsarət alan olmayıb.

“Biz bayırda bütün mənzili silkələyən partlayış eşitdik və hər tərəfi tüstü bürüdü”, – deyə hadisənin şahidlərindən biri bildirib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir