Dünya

Almaniyada hava limanlarında 1000-dən çox reys təxirə salındı – FOTO

Sharing is caring!


Almaniyanın 11 hava limanında baş verən tətil səbəbindən 1120 reys təxirə salınıb.

Bu barədə Almaniyanın “Tagesschau” televiziya xəbər xidməti məlumat verib.

Məlumata görə, ölkənin Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypziq, Drezden və Erfurt hava limanlarında tətil səbəbindən 200 minə yaxın sərnişin zərər görüb.

Tətildə 25 min hava limanı işçisi iştirak edir. Etirazçılar əməkhaqlarının artırılmasını tələb edirlər. Eyni zamanda, iş vaxtından əlavə işə görə, gecə işə görə, istirahət və bayram günlərində işə çıxmağa görə də əlavə ödəniş olunmasını istəyirlər.

Münhen və Nürnberq hava limanlarına isə tətil olmasa da, yuxarıda adı çəkilən şəhərlərə bütün reyslər ləğv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir