Siyasət

Rusiya XİN: “Moskva Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinin addım-addım həllinə ümid edir”

Sharing is caring!

“Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə addım atacaqlarına ümid edir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mətbuata müsahibəsində bildirib.

“Biz bu nöqteyi-nəzərdən çıxış edirik ki, bütün üçtərəfli razılaşmaların ən yüksək səviyyədə reallaşdırılması sülh müqaviləsi ilə bağlı məsələlərdə irəliləyişin əldə olunmasına öz töhfəsini verəcək. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bu razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi”ni formalaşdırıb”, – deyə Qaluzin bildirib.

O əlavə edib ki, əsasən, məsələnin mərhələli şəkildə həllinə ümid edirlər.

“Regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyişin əldə olunmasını gözləyirik”, – deyə Qaluzin bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir