Dünya

Laporta Xavinin yerinə kimi görmək istədiyini açıqladı

Sharing is caring!


Hazırda İspaniya mətbuatının və futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələ Xavinin gedişindən sonra boş qalacaq “Barselona”nın sükanı arxasına kimin keçəcəyidir.

Artıq mətbuatda klubun prezidenti olan Joan Laportanın bu istiqamətdə ilk açıqlaması dərc edilib.

“Barselona”nın prezidenti bildirib ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Xavinin gedişindən sonra Kataloniya klubunun baş məşqçisi olmağa əsas namizəddir.

Lakin J.Laporta 2025-ci ilin yay ayına qədər “Mançester Siti” ilə müqaviləsi olan P.Qvardiolanı İspaniyaya necə dəvət edəcəyini açıqlamayıb.

Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi Ernandes cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Mənbə: El Chiringuito TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir