İdman

“Barselona”nın müdafiəçisi əməliyyat olunub

Sharing is caring!


“Barselona”nın sol cinah müdafiəçisi Aleks Balde Finlandiyada uğurlu əməliyyat keçirib. Bir həftə əvvəl “Atletik”lə kubok matçında (2:4) 20 yaşlı futbolçu sağ bud nahiyəsindən ciddi zədə alıb. Futbolçu bu mövsümün qalan hissəsini buna görə buraxmalı olacaq.

Qeyd edək ki, Balde “Barselona” məzunudur. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 28 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir