Dünya

Ermənistanın aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

Sharing is caring!


Ermənistanın “Fly Arna” aviadaşıyıcısı əməliyyat dəyişiklikləri ilə əlaqədar uçuşları dayandırıb.

Bu barədə aviaşirkətdən məlumat yayılıb.

“Fly Arna” aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri səbəbindən hazırda dayandırılıb. Aviaşirkət sərnişinlərə xidmətlərin sürətlə bərpası üçün çalışır”, – məlumatda deyilir.

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın Dövlət Maraqları Fondu tərəfindən təsis olunub. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir