Dünya

Rusiya MSK Putini prezident seçkisində namizəd kimi qeydə alıb

Sharing is caring!


Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) ölkə prezidentliyinə öz namizədliyini irəli sürmüş hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyini qeydə alıb.

Komissiyanın rəhbəri Ella Pamfilova qərarın “yekdilliklə qəbul edildiyini” bildirib.

Rusiya MSK-nın katibi Natalya Budarinanın da verdiyi məlumata görə, Putinin namizədliyi üçün təqdim edilən 315 min imzadan 60 mini yoxlama üçün təsadüfi seçilib:

“Yoxlama nəticəsində 60 min imzadan 91-i etibarsız sayılıb. Bu, seçici məlumatında olan qeyri-dəqiqlikdir. Beləliklə, 91 etibarsız imza yoxlanılanların 0,15 faizini təşkil edir”.

Budarina saxta imzaların olmadığını bildirib. Beləliklə, təqdim edilmiş etibarlı və həqiqi seçici imzalarının sayı 314 min 909 nəfər təşkil edib ki, bu da namizədin qeydə alınması üçün artıqlaması ilə kifayətdir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir