Dünya

“Mançester Yunayted” İngiltərə Kubokunun 1/8 finalına yüksəlib – VİDEO

Sharing is caring!


İngiltərə kubokunun 1/16 final mərhələsinin “Nyuport Kaunti” və “Mançester Yunayted” komandaları arasında oyunu keçirilib. Komandalar Uelsin Nyuport şəhərindəki “Rodney Parad” stadionunda oynayıblar. “Mançester Yunayted” “Nyuport Kaunti”ni 4:2 hesabı ilə məğlub edib.

Oxu.az xəbər verir ki, ilk hissənin lap əvvəlində, 7-ci dəqiqədə Bruno Fernandes matçda hesabı açıb, “Mançester Yunayted”i irəli çıxarıb. Artıq 13-cü dəqiqədə Kobbi Mainu qonaqların fərqini ikiyə çatdırıb. 36-cı dəqiqədə ev sahibləri Bryn Morrisin dəqiq zərbəsi ilə qolların birinin əvəzini çıxıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Uill Evans hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Antoni qonaqların 3-cü qolunu vurub. Yekunda 90+4-cü dəqiqədə “qırmızı şeytanlar”ın dördüncü qolunu vuran Rasmus Hoylund matçın yekun hesabını təyin edib – 4:2. 

Beləliklə, “Mançester Yunayted” İngiltərə Kubokunun 1/8 finalına yüksəlib, “Nyuport Kaunti” isə cari turnirdə iştirakını başa vurub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir