Dünya

Finlandiyada prezident seçkilərinin birinci turu start götürür

Sharing is caring!


Bu gün Finlandiyada prezident seçkilərinin birinci turu start götürür.

Dövlət başçısı vəzifəsi uğrunda doqquz namizəd mübarizə aparır, lakin yalnız iki favorit var – keçmiş baş nazir Aleksander Stubb və keçmiş xarici işlər naziri Pekka Haavisto.

Seçkilərin əsas mövzusu Ukrayna münaqişəsi fonunda Rusiya ilə qarşıdurmadır.

Səsvermənin birinci turunda namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə, o zaman seçki kampaniyasının ikinci mərhələsi fevralın 11-də keçiriləcək.

Sorğuya görə, respondentlərin 27%-i Finlandiya hökumətinin keçmiş rəhbəri Stubba, 23%-i keçmiş nazir Haavistoya səs verməyə hazırdır. İlk üçlüyə 18% dəstəklə ifrat sağçı “Əsl Finlər” partiyasından parlamentin spikeri Yussi Halla-aho da daxildir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir