İdman

Futbol matçında iştirak edən qazi: “Yarımcan qalsaq da, əl çəkmirik” – VİDEO

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı futbol matçı keçirilib.

Oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son nəsil protezlərlə təmin etdiyi 10 qazi iştirak edib.

Bundan başqa, matçda nazirlik əməkdaşları da qüvvələrini sınayıblar. Qarşılaşmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, veteran futbolçular və azərkeşlər izləyiblər.

Matçda iştirak edən veteran Faiq Hüseynəliyev öz hisslərini Baku TV ilə bölüşüb:

“Biz yarımcan qalsaq da, hələ də keçmiş aktivliyimizdən əl çəkmirik. Yəni hələ də davam edirik. Buradan bütün qazilərimizə səslənmək istəyirəm ki, həyatdan əl üzməsinlər, daim güclü olsunlar. Biz orada sözümüzü demişik, burada da sözümüzü deməliyik”.

Qeyd edək ki, Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz “Genium” tipli yüksək texnologiyalı protezlərlə təmin edilib. Matçda iştirak edən oyunçulara diplomlar təqdim edilib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir