Dünya

Almaniyada ordu və polis üçün zirehli ekzoskelet hazırlanıb – VİDEO

Sharing is caring!


Almaniyanın “Mehler Protection” qoruyucu ləvazimatlar istehsalçısı hərbi qulluqçular və polis əməkdaşları üçün nəzərdə tutulmuş “ExoM” zirehli ekzoskeletini təqdim edib.

“Mehler Protection” şirkətinin məlumatına görə, ekzoskeletin zireh panelləri VPAM8 Avropa standartına uyğun ballistik qoruma təmin edir. Bu o deməkdir ki, kostyum üç 7,62×39 millimetrlik güllənin (AK-47 avtomatı və bir çox hücum tüfənglərində belədir) 10 metr məsafədən vurulmasına tab gətirməlidir.

Ekzoskeletin titan çərçivəsi ümumi yükün 70%-ə qədərini istifadəçinin çiyinlərindən yerə ötürür. Şirkət həmçinin iddia edir ki, “ExoM” çevik onurğası, sürüşən bel kəməri və oynaqlı omba, diz və ayaq biləyi oynaqları istifadəçinin normal hərəkət diapazonunun 99% saxlamasını təmin edir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir