Dünya

Rafael Varan “Mançester Yunayted”i tərk edir

Sharing is caring!


“Mançester Yunayted”in mərkəz müdafiəçisi Rafael Varan mankunianları tərk etmək qərarına gəlib.

Məlumata görə, fransalı karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək niyyətindədir. Bu, Varanın oyun müddətinin çoxluğundan narazı qaldığı üçün vəziyyəti dəyişmək qərarına gəlməsi ilə bağlıdır.

30 yaşlı fransız bu mövsüm “Yunayted”in heyətində 14 oyuna çıxıb və bir qol vurub. Daha əvvəl “Real Madrid” rəhbərliyinin “Mançester Yunayted”in müdafiəçisini almaqda maraqlı olmadığı bildirilirdi.

Xatırlayaq ki, Varan 10 il – 2011-ci ildən 2021-ci ilə qədər “Real Madrid”in oyunçusu olub. Bu müddət ərzində fransalı müdafiəçi bütün turnirlərdə 360 matçda meydana çıxıb, 17 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mənbə: championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir