Cəmiyyət

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanıldı

Sharing is caring!

Gəncə şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un məlumatına görə, müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 evdən su nasosları və soba oğurlanıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir