Dünya

BƏƏ ordusu döyüş robotları ilə təchiz ediləcək

Sharing is caring!


Estoniyanın “Milrem Robotics” şirkəti BƏƏ ordusuna 60 döyüş robotu və pilotsuz yerüstü nəqliyyat platforması verəcək.

Bu barədə “Edge Group” müdafiə konqlomeratı məlumat yayıb.

“Milrem Robotics” şirkəti ilə BƏƏ Müdafiə Nazirliyi arasında müqavilə “Unmanned Systems Exhibition & Conference” (UMEX) zamanı elan edilib. BƏƏ ordusu silah və kəşfiyyat avadanlığı olan maşınlarla təchiz ediləcək.

“Müqaviləyə əsasən ordu 30 millimetrlik MK-44 topları olan tırtıllı robot döyüş maşınları, 30 millimetrlik M230LF topları ilə uzaqdan idarə olunan modullarla təchiz edilmiş “THeMIS” döyüş vahidləri, atəş aşkarlama imkanları olan radar və kamera sistemləri ilə işləyən “THeMIS” kəşfiyyat maşınları ilə təchiz olunacaq”, – deyə şirkətin verdiyi məlumatda bildirilir.

Qeyd edək ki, “THeMIS” platforması saatda 20 kilometrə qədər sürət əldə etməyə imkan verən hibrid elektrik stansiyası ilə təchiz edilib. Robot 1,2 min kiloqrama qədər yük daşıya bilir.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir