Dünya

Çində zəlzələ qeydə alınıb

Sharing is caring!


Çində 5,7 bal gücündə zəlzələ baş verib.

İki bal gücündə yeraltı təkanlar Qazaxıstanın Alma-Ata və Alma-Ata vilayətinin Talqar şəhərində də hiss olunub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin episentri Çinin ərazisində, Almatı şəhərindən 262 kilometr cənub-şərqdə yerləşir. Onun maqnitudası 5,7 olub”, – deyə məlumatda bildirilib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir