Dünya

İspaniya kuboku: “Atletiko” “Sevilya”nı turnirdən kənarlaşdırdı – VİDEO

Sharing is caring!


İspaniya kubokunun 1/4 final mərhələsində Madrid “Atletiko”su “Sevilya” ilə qarşılaşıb.

Paytaxtdakı “Civitas Metropolitano” stadionunda tamaşaçılar cəmi bir qolun şahidi olublar.

İlk hissənin 26-cı dəqiqəsində “Sevilya”nın qapısına penalti təyin olunub. Lakin Antuan Qrizmann 11 metrlik zərbəni qola çevirə bilməyib.

79-cu dəqiqədə isə Memfis Depay görüşdə hesabı açaraq “Atletiko”nu önə keçirib. Bu qol görüşdə yeganə olub və Madrid klubunun yarımfinalda iştirakını rəsmiləşdirib. “Sevilya” isə turnirlə vidalaşmalı olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir