Dünya

Macarıstanda hakimiyyəti ələ keçirməyə hazırlaşan qrup zərərsizləşdirildi – FOTO

Sharing is caring!


Macarıstan Milli Polis İdarəsi hakimiyyəti silah gücünə ələ keçirməyə hazırlaşan “Skif Macarıstanı” adlı qrupu zərərsizləşdirilib.

Bu barədə Macarıstan Xüsusi Kəşfiyyat İdarəsinin saytında məlumat verilib.

Cinayətkarların tutulması üzrə həyata keçirilən əməliyyatda 150-yə yaxın polis əməkdaşı iştirak edib. Nəticədə 11 nəfər həbs edilib.

“Xüsusi əməliyyat eyni vaxtda Vesprem, Peşt, Zala, Baks-Kişkun və Budapeşt şəhərlərində keçirilib. 150-yə yaxın polis əməkdaşı 10 yaşayış məntəqəsində həbslər və axtarışlar aparıb. 11 nəfər barəsində həbs tədbirləri həyata keçirilib ki, onlardan yeddisi kişi və biri qadın olmaqla səkkiz nəfər müstəntiq şübhəli şəxs qismində dindirilib”, – deyə məlumatda bildirilib.

İdarədən verilən məlumata görə, qrup üzvlərinin olduğu evlərə baxış zamanı müxtəlif növ silahlar, rezin güllələr, saxta sənədlər, o cümlədən diplomatik pasportlar, Macarıstan dövlətinin mövcudluğunu inkar edən ədəbiyyat aşkar edilib.

“Milli Təhqiqatlar Bürosu konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə hazırlıq maddəsi üzrə iş açıb. Təşkilatın üzvləri müəyyən edilərək həbs olunublar”, – deyə qurumdan vurğulanıb.

Mənbə: Belta.by

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir