Siyasət

Tovmasyan: “Delimitasiyadan sonra Ermənistanın öz suveren ərazisi haqqında məlumatı olacaq”

Sharing is caring!


“Azərbaycanla sərhədi delimitasiya və demarkasiyadan sonra Ermənistanın öz suveren ərazisi haqqında informasiyası olacaq”.

Erməni mətbuatının məlumatına görə, bu barədə Ermənistan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan məlumat verib.

Onun iki müavini ölkənin baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi delimitasiya və demarkasiya komissiyasının işində iştirak edir.

Tovmasyana Nikol Paşinyanın Ermənistanın “kadastr şəhadətnaməsi”nin olmadığı barədə sözləri xatırladılıb. Komitə rəhbərinin sözlərinə görə, baş nazirin bəyanatı sərhədlərin delimitasiya edilməməsi deməkdir. Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti – hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesində hansı xəritələrdən istifadə olunacağını söyləmək mümkün olacaq.

Xatırladaq ki, ötən ilin yazında Paşinyan Milli Assambleyada bəyan etmişdi ki, Ermənistan xalqı 30 ildir ki, “kadastr şəhadətnaməsi” olmayan ərazidə yaşayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir