Dünya

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalı ilə cənubunu birləşdirən tunel aşkar etdilər – FOTO/VİDEO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri sərhədin 1,5 kilometrliyində yerləşən terrorçu tuneli aşkarlayaraq məhv ediblər. 

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

“Son həftə ərzində Qəzza zolağının mərkəzi hissəsində 99-cu diviziyanın tərkibində fəaliyyət göstərən 646-cı ehtiyat briqadasının üzvləri “Yahalom” bölməsinin xüsusi təyinatlıları ilə birlikdə Qəzza zolağının şimalı ilə cənubunu birləşdirən tunel aşkar ediblər. Tunel İsraillə sərhədin 1,5 kilometrliyində yerləşir. Uzunluğu təxminən bir kilometr, dərinliyi isə 20 metrdir. Yeraltı marşrut mühəndis batalyonu tərəfindən “Yahalom” bölməsi ilə əməkdaşlıq şəraitində tədqiq olunub və demontaj edilib”, – deyə paylaşımda bildirilib.

Məlumata görə, həmçinin ərazidə aparılan əməliyyatlar zamanı qırıcılar zenit raketləri, raket buraxılış qurğuları və raketlərin istehsalı və buraxılması üçün avadanlıqlar aşkar edilib. Bundan əlavə, onlarla döyüş başlığı və raketlər üçün elektron komponentlər tapılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir