Cəmiyyət

Neftçala faciəsinin şahidi: “Müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız” – VİDEO

Sharing is caring!


1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət edib. Digər rayonlarda olduğu kimi, Neftçalada da dinc sakinlərə divan tutulub.

Baku TV-yə danışan hadisə şahidi Fərman Hüseynov Neftçalada misli görünməyən cinayətin törədildiyini deyib:

“Binalar, küçədən keçən insanlar güllə yağışına tutuldu. İşdən evinə gedən Nurəddin Ağahüseynov öz maşınında güllələndi, şəhid oldu”.

“Yaralanmışdım, vəziyyətim çox ağır idi. Məni bir tərəfdə uzatmışdılar. Güllələr yağdırırdılar ki, müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız”, – deyə hadisənin digər şahidi Ramin Hacıyev bildirib. 

Qeyd edək ki, 1990-cı il yanvarın 25-də Neftçalada baş verən hərbi təcavüz zamanı iki nəfər qətlə yetirilib, yeddi nəfər yaralanıb, 50-yə yaxın insan isə həbs edilib.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir