Dünya

Söyüş söyən tutuquşular: Böyük Britaniyada zoopark əməkdaşları əsir-yesir qalıblar…

Sharing is caring!


Böyük Britaniyada zooparkın əməkdaşları tutuquşuların söyüş söymələrinin qarşısını almağa çalışırlar.

Qeyd olunur ki, İngiltərənin şərqində yerləşən Linkolnşir Vəhşi Təbiət Parkına bağışlanan 5 tutuquşu söyüş söyür. Zoopark işçiləri bu quşları digər tutuquşulardan təcrid ediblər ki, onlar da söyüş söyməyə başlamasınlar.

“Biz onları daşıyanda onlar daşıyıcıları söyürdülər, bu fenomenal və çox pis, əsl söyüş idi”, – deyə zooparkın direktoru Stiv Nikols bildirib.

Onun sözlərinə görə, tutuquşuları sürüdən təcrid etmək öz bəhrəsini verir, lakin quşlar hələ də bəzən nalayiq sözlər işlədir və insan gülüşünə bənzər səslər çıxarırlar.

Stiv əlavə edib ki, indiyədək tutuquşuların söyüş söyməsi ilə bağlı ona ziyarətçilərdən heç bir şikayət daxil olmayıb.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir