Dünya

PSJ Mbappeyə görə “Real Madrid”dən FIFA-ya şikayət edəcək

Sharing is caring!


Fransanın PSJ klubu İspaniya “Real Madrid”indən FIFA-ya şikayət etmək niyyətindədir.

Paris təmsilçisi “kral klubu”nun Kilian Mbappenin mümkün transferi ilə bağlı qaydaları pozduğu qənaətindədir. Fransızlar hesab edirlər ki, bunun üçün kifayət qədər sübut var.

PSJ əmindir ki, tərəflər 2024-cü ilin yayında müqavilə imzalamaqla bağlı razılığa gəliblər. Qaydalara görə isə futbolçu yalnız mövcud klubu ilə müqavilə müddəti altı aydan az qaldıqdan sonra digər komandalarla danışıq apara bilər. İndiki halda 24 yaşlı forvardın parislilərlə gələn ilin yayına qədər sözləşməsi var.

PSJ yeni müqavilə imzalamaqdan imtina etdiyi üçün Mbappeni əsas komandadan uzaqlaşdırıb. Klub bu yay onu Səudiyyə Ərəbistanı “Əl-Hilal”ına satmaq istəyir.

Mənbə: madriduniversal.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir