İdman

İngiltərə Liqa Kuboku: “Liverpul” finalda “Çelsi”yə rəqib oldu – VİDEO

Sharing is caring!


Londonda İngiltərə Liqa Kubokunun yarımfinal cavab oyunu baş tutub.

“Fulhem” və “Liverpul” arasındakı ikinci matçda qalib müəyyənləşməyib – 1:1. Lakin ilk qarşılaşmada “mersisaydlılar”ın 2:1 hesablı qələbəsi iki oyunun nəticəsinə görə (3:2) məhz Yurgen Kloppun yetirmələrini finala çıxarıb.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunun digər yarımfinal oyununda “Çelsi” “Midlsbro”nu 6:1 hesabı ilə məğlub edib və iki oyunun nəticəsinə (6:2) görə qalib gəlib.

Turnirin finalında “zadəganlar” “Liverpul”la qarşılaşacaq. Oyun fevralın 25-də baş tutacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir