Dünya

Məşhur şirkət “Mein Kampf” kitabını silməkdən imtina etdiyinə görə cərimələnib

Sharing is caring!


Rusiyada ABŞ-nin “Apple şirkəti” 800 min rubl (təxminən 15,5 min manat) cərimələnib.

Qeyd olunur ki, şirkət “Mein Kampf” kitabını “Apple Books” proqramından silməkdən imtina edib.

Xatırladaq ki, “Mayn Kampf” Milli Sosialist Alman Fəhlə Partiyasının lideri Adolf Hitlerin tərcümeyi-halıdır.

“Məhkəmə “Apple Distribution International” şirkətini Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsində (silinmə öhdəliyi Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulduğu halda saytın sahibinin məlumatı silməməsi) nəzərdə tutulmuş cinayətdə təqsirli bilinməsi barədə qərar qəbul edib”, – məlumatda bildirilir.

Kommersiya sirrini ehtiva edən sənədlərin mövcud olması səbəbindən iclas bağlı qapılar arxasında keçirilib. Yalnız qərarın elanı açıq şəkildə baş tutub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir