Dünya

ABŞ-də şiddətli qar fırtınası can almağa davam edir: Ölənlərin sayı artır – VİDEO

Sharing is caring!


ABŞ-də son bir həftə ərzində şiddətli qar fırtınası səbəbindən azı 92 nəfər həyatını itirib.

Tennessi və Oreqonda ölümcül buz fırtınaları səbəbindən müvafiq olaraq 25 və 16 nəfərin ölməsindən sonra hər iki ştatda fövqəladə vəziyyət elan edilib.

Həmçinin Missisipi, İllinoys, Pensilvaniya, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersidə də ölüm halları qeydə alınıb.

Eyni zamanda ABŞ-də onminlərlə insan hava şəraiti səbəbindən işıqsız və susuz qalıb.

Qarlı hava şəraitinin yaxın günlərdə səngiməsi gözlənilir.

Mənbə: “CBS News”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir