Cəmiyyət

Şabranda şəhid bulağının üzərindəki lövhədə yanlışlıq – FOTOFAKT

Sharing is caring!


Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli orta məktəbin qarşısında inşa edilmiş bulaq kompleksinin üzərindəki yanlış yazılar sosial şəbəkələrdə müzakirələrə yol açıb.

“Grammar.azi” səhifəsinin paylaşdığı fotodan aydın görünür ki, kompleksin üzərinə yazılmış “Şəhid bulağı” sözlərində orfoqrafik səhvə yol verilib. Belə ki, “bulağı” əvəzinə “bulaqı” yazılıb.

Məsələ ilə bağlı Bizim.media Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən iradın diqqətə alınacağı bildirilib:

“Ən qısa zamanda yol verilmiş yanlışlıq aradan qaldırılacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir