Dünya

Teylor Sviftin mənzilinə soxulmağa cəhd edən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Nyu-Yorkda (ABŞ) amerikalı ifaçı Teylor Sviftin təqibçisi onun mənzilinə girməyə cəhd edib.

Hadisə şahidlərinin polisə müraciət etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, naməlum şəxs müğənninin mənzilinə daxil olmaq istəyib. Bundan əlavə, o da məlum olub ki, kişi bir ay ərzində Sviftlə görüşməyə cəhd edib.

Qeyd olunur ki, müğənninin təqibçisi onu mənzildən kənarda gözləyərkən pilləkənlərdə yuxuya gedib, yoldan keçənlərlə mübahisə edib və siqaret çəkərək küçədə gəzib.

Mənbə: Page Six

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir