Dünya

Avropa Rusiya ilə müharibəyə hazırlaşır: “Vaxtımız tükənir…”

Sharing is caring!


Norveçlə Rusiya arasında qaçılmaz qarşıdurma riski mövcuddur.

Bu barədə Norveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Erik Kristoffersen açıqlama verib.

O, bununla bağlı müdafiə xərclərini artırmağa çağırıb.

“Vaxtımız tükənir. Mən sadəcə bunu vurğulamaq istəyirəm. Üç ildən sonra Rusiyanın taleyinin necə olacağını bilmirik. Qeyri-müəyyən dünyanı güclü milli müdafiə ilə qarşılamaq bizim üçün vacibdir”, – deyə Kristoffersen bildirib.

Britaniyanın “Daily Mail” nəşri də öz növbəsində, Rusiyanın Avropaya mümkün hücum ssenarisi ilə bağlı məqalə dərc edib.

Jurnalistlər ABŞ qoşunlarının keçmiş komandanı Ben Hocesin proqnozlarına əsaslanıblar.

Proqnoza görə, Rusiya əvvəlcə kiberhücumlardan istifadə edəcək, sonra raket zərbələri endirəcək, daha sonra isə Baltikyanı və Polşaya qoşun yeridəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir