Dünya

Türkiyə hava limanında polisi hərəkətə keçirən hadisə: Azyaşlının çantasından “silahlar” çıxdı – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin Bursa şəhərinin Yenişehir rayonunda hava limanında yaşanan hadisə polisi əvvəlcə qorxudub, sonra güldürüb.

Nənə-babasını səfərə yola salmaq üçün Yenişehir Hava Limanına gələn 6 yaşlı Selim Köse adlı uşağın çantası yoxlama cihazından keçdiyi zaman xəbərdarlıq siqnalı işə düşüb. Çantanın içində silahların olduğunu görən polis sistemi dayandırıb və çantanı nəzarətə götürüb. Lakin çanta açılanda içindəki silahların oyuncaq olduğu üzə çıxıb.

Polislər uzun müddət uşaqla birlikdə bu hadisəyə gülüblər. Silahlarını polisə göstərən kiçik Selim bir müddət onlarla oynadıqdan sonra nənə-babasını yola salmağa gedib.

Mənbə: “SABAH”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir