Dünya

Ekvadorda əməliyyat: Xəstəxananı ələ keçirməyə çalışan 70-ə yaxın adam çılpaq halda həbs edildi – FOTO/VİDEO

Sharing is caring!


Ekvadorda narkotik ticarətçilərinin quldur dəstələri və təhlükəsizlik qüvvələri arasında davam edən toqquşmaların qızğın vaxtında ölkə polisi cinayətkarlara qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı ölkənin cənub-qərbində, Quayas əyalətinin Yaquaçi şəhərində yerləşən xəstəxananı ələ keçirməyə cəhd edən 68 nəfər çılpaq halda həbs edilib.

Bu barədə Ekvador polisi özünün “X” hesabında paylaşım edib.

“Biz Quayas əyalətinin Yaquaçi şəhərindəki xəstəxana binasını ələ keçirməyə cəhd edən şübhəli terrorçuları zərərsizləşdirdik”, – deyə paylaşımda bildirilib.

Qurumdan verilən məlumata görə, ehtimal edilir ki, saxlanılanlar bir neçə saat əvvəl xəsarət alaraq xəstəxanaya yerləşdirilən “həmkarlarını” xilas etməyə çalışıblar.

Saxlanılan şəxslərin üzərindən odlu silah və narkotik vasitələr aşkar edilərək müsadirə olunub.

Polis, həmçinin dəstənin komandanlıq məntəqəsi və əxlaqsızlıq yuvasının yerləşdiyi, eyni zamanda bir neçə dəstə üzvünün gizləndiyi “reabilitasiya mərkəzinə” də basqın keçirdiklərini qeyd edib.

Mənbə: France24.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir