Dünya

Neft tankeri Bosforda hərəkəti iflic etdi

Sharing is caring!


Liberiya bayrağı altında üzən “Peria” neft tankerinin nasazlığı Bosfor boğazında nəqliyyatın hərəkətini dayandırıb.

Məlumata görə, Türkiyə Sahil Mühafizəsi tanker təhlükəsiz yerə çəkilənə qədər boğazdan keçən nəqliyyatın hər iki istiqamətdə dayandırıldığını bildirib.

“Peria”nın İstanbul vilayətinin Qara dəniz limanından İzmirin Əliağa limanına getdiyi məlum olub.

250 metrlik tanker şimal-cənub istiqamətində hərəkət zolağının mərkəzi hissəsində qalıb. Onu kənara çəkmək üçün iki yedək və bir sahil mühafizə gəmisi göndərilib. “Peria”nın sahilə doğru çəkilməsindən sonra hərəkətin bərpa ediləcəyi qeyd olunub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir