Dünya

Nigerdə fransız qoşunlarının çıxarılması terrorla mübarizəyə müsbət təsir edib

Sharing is caring!


Fransız qoşunlarının Nigerdən çıxarılması Saharada terrorçulara qarşı mübarizəyə kömək edib.

Bu barədə Nigerin müdafiə naziri general Salif Modi Rusiyaya səfəri zamanı müsahibəsində bildirib.

“Ölkəmizdə təhlükəsizliyə təsirinə gəlincə, qeyd etmək lazımdır ki, qoşunların çıxarılması, bir tərəfdən, terrorizmə qarşı apardığımız mübarizəyə dair yaranmış mənzərəni aydın şəkildə görməyə, digər tərəfdən isə öz məsuliyyətimizi dərk etməyə imkan verdi. Demək olar ki, onların geri çəkilməsi bizim terrorla mübarizəmizə müsbət təsir edib”, – Modi bildirib.

General sonuncu fransız əsgərinin 22 dekabr 2023-cü ildə ölkəni rəsmi olaraq tərk etdiyini xatırladıb.

Qeyd edək ki, fransız qoşunları Afrika ölkəsinin ərazisinə məhz terrorizmlə mübarizədə ölkə hökumətinə kömək məqsədi ilə gətirilmişdi.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir