Dünya

BVF-dən qorxulu proqnoz: Dünya üzrə iş yerlərinin 40 faizi itiriləcək

Sharing is caring!


Texnologiyanın inkişafı dünya üzrə iş yerlərinin təxminən 40%-nin süni intellektlə əvəzlənməsinə səbəb ola bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun təhlilində bəhs edilib.

Hesabat müəllifləri siyasətçiləri narahatedici tendensiyaya diqqət yetirməyə çağırıblar.

BVF-nin təhlili göstərir ki, süni intellekt inkişaf etmiş ölkələrdə iş yerlərinin təxminən 60%-nə, aşağı gəlirli ölkələrdə isə 26%-nə təsir göstərə bilər.

Müəlliflər vurğulayıblar ki, bəzi hallarda işçilər süni intellekt inteqrasiyasından faydalana bilsələr də, digər hallarda süni intellekt insan yerinə tapşırıqları yerinə yetirərək əmək tələbini azaldır. Həmçinin qeyd olunub ki, bir çox ölkələrdə süni intellektdən istifadə üçün infrastruktur və ya ixtisaslı işçi qüvvəsi olmadığından texnologiya millətlər arasında bərabərsizliyi pisləşdirə bilər.

Mənbə: Hurriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir