Dünya

Ederson 2023-cü ilin ən yaxşı qapıçısı oldu

Sharing is caring!


İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson FİFA tərəfindən 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

Braziliyalı futbolçu ilə yanaşı, ən yaxşı qapıçı adına ilk üç iddiaçı Tibo Kurtua (“Real Madrid”, Belçika) və Yasin Bono (“Sevilya”, “Əl-Hilal”, Mərakeş) olub.

Ederson bu mövsüm “Mançester Siti”nin heyətində 26 matçda iştirak edib, bu matçlarda 24 qol buraxıb və doqquz dəfə qapısını təmiz saxlayıb. O, klubu ilə 2023-cü ildə Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazanıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir