Cəmiyyət

Avtobus dayanacaqlarında varlığı ilə yoxluğu bilinməyən məlumat lövhələri – VİDEO

Sharing is caring!


Bakının Nəriman Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən dayancaqdan istifadə edən sakinlər bu ərazidən hansı avtobusların keçdiyini bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtda belə dayanacaqların sayı az deyil.

Əgər nabələd olduğunuz bir ərazidə olsanız, ordan geri qayıtmağın yolunu öyrənmək asan olmayacaq. Sakinlər dayanacaqlarda yerləşən məlumat lövhələrinin boş olmasından narazı olduqlarını bildiriblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakının marşrut şəbəkəsi yenidən işlənir. Bu işlər yekunlaşdıqdan sonra marşrutların nömrələrini əks etdirən lövhələr yeni standartlar əsasında quraşdırılacaq.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir