Dünya

Sorğu: Almanlar əksəriyyəti Şoltsdan narazıdır

Sharing is caring!


Almaniya vətəndaşlarının 70%-dən çoxu ölkənin federal kansleri Olaf Şoltsun işindən narazıdır.

INSA institutunun keçirdiyi sorğuya əsasən, kanslerin ​​fəaliyyəti almanlar tərəfindən “xüsusilə yarıtmaz” kimi qiymətləndirilir. Respondentlərin 72%-i kanslerin işini bəyənmədiyini bildirib. Halbuki dekabrın əvvəlində onların sayı 3% az olub.

Şoltsdan razı qalanların sayı da 3% azalıb. Son sorğuya görə, Almaniyada belələrinin sayı respondentlərin 20%-ni təşkil edib.

Eyni zamanda, ölkənin Nazirlər Kabinetinin ümumi işindən daha çox insan narazıdır – 76%. Respondentlərin yalnız 17%-i hökumətin işini bəyənir ki, bu da 2021-ci ilin dekabrında yaradılan kabinet üçün ən aşağı göstəricidir.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir