Dünya

Sterlinq Premyer Liqada unikal rekorda imza atıb

Sharing is caring!


Dünən İngiltərə Premyer Liqasının 21-ci turunda “Çelsi” doğma meydanda “Fulhem”i məğlub edib – 1:0.

Birinci hissənin əsas vaxtında “zadəganlar”ın 21 yaşlı yarımmüdafiəçisi Koul Palmer Rahim Sterlinqin qazandığı penaltini dəqiq dəqiq yerinə yetirərək hesabı açıb və komandasını önə keçirib.

Bu, Sterlinqin İngiltərə çempionatında qazandığı 26-cı penalti olub. Məlumata əsasən, Rahim bu göstəriciyə görə yarışın tarixindəki hər hansı digər oyunçudan irəlidədir.

Qeyd edək ki, “Çelsi” Pemyer Liqada cari mövsüm ərzində səkkizinci penalti qazanıb ki, bu da İngiltərə çempionatı üçün rekorddur. Həmin penaltilərdən üçü Sterlinqin payına düşür.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir