Dünya

Ekvadorda girov saxlanılan bütün həbsxana əməkdaşları azad edilib

Sharing is caring!


Ekvador hakimiyyəti qanunsuz silahlı dəstə üzvləri tərəfindən girov götürülən bütün həbsxana işçilərinin azad edilməsini təmin edib.

Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

“Cəzaçəkmə Xidməti və milli polisin birgə işi bir neçə təcridxanada saxlanılan bütün təhlükəsizlik və penitensiar nəzarət əməkdaşlarının, eləcə də inzibati işçilərin azad edilməsinə nail olmağa imkan verib”, – “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yerləşdirilən rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Ekvador həbsxanalarında azı 139 əməkdaşın silahlı dəstə üzvləri tərəfindən girov götürüldüyü barədə məlumatlar yayılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir