Dünya

Güney Azərbaycanda etiraz: Kəfən geyinmiş kəndli – VİDEO

Sharing is caring!


Artıq bir neçə gündür Güney Azərbaycanın Salmas bölgəsinin Qaraqışlaq kəndində əhalinin etirazı barədə xəbərlər və görüntülər yayılmaqdadır. Bu etiraz İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Kave Soda” şirkətinin Qaraqışlaq kəndinin ərazisində 450 hektarlıq sahədə zavod tikmək qərarı məlum olduqdan sonra başlayıb.

Zavodun məqsədi şüşə istehsalı üçün zəruri olan sodium karbonat, yaxud natrium karbonat istehsal etməkdir, bu isə bölgənin ekologiyasına və əhalinin sağlamlığına ciddi təhdidlər doğurur. Sakinlər, həmçinin narahatdırlar ki, “Kave Soda”nın planlaşdırdığı 10-12 dərin quyunun qazılması və onların suyundan hasilat üçün istifadə olunması kənddə və ətraf ərazilərdə su qıtlığı ilə nəticələnəcək. Eyni zamanda şirkət bu zavodu tikməklə, yerli əhalini əkin və örüş sahələrinin böyük bir hissəsindən məhrum edəcək.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə deyilib.

Məlumata görə, İran hakimiyyət orqanları Qaraqışlaq əhalisinin haqlı etirazını və dinc ekoloji aksiyasını qəzəblə qarşılayıb və insanların tələblərini dinləmək, onlarla dialoq aparmaq əvəzinə, yanvarın 10-da sakinlərin üzərinə xüsusi təyinatlı qüvvələr göndərib. Etirazçıları dağılışmağa məcbur etmək üçün onlara qarşı dəyənək və gözyaşardıcı qazdan əlavə, odlu silah tətbiq olunub, çoxsaylı həbs həyata keçirilib. Xeyli sayda yaralı etirazçı xəstəxanaya yerləşdirilərək nəzarətə götürülüb. Dünən Güney Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAP) Qaraqışlaq hadisələri ilə bağlı bəyanat yayıb və hakimiyyət orqanları tərəfindən aralarında yaşlı qadın və kişilərin də olduğu 70 nəfərin həbs edildiyini bildirib. ADAP saxlanılanlardan 22 nəfərin adını dəqiqləşdirərək qeyd edib, bu siyahıda 70, 80, hətta 85 yaşlı insanlar var.

Daha ətraflı videosüjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir