Dünya

Səhrada meyit yığını tapıldı: Meksikada mafioz qruplar arasında qarşıdurmadan faciəvi görüntülər – FOTO/VİDEO

Sharing is caring!


Meksikada mafioz qruplar arasında kütləvi edamla başa çatan qarşıdurmadan sonra polis genişmiqyaslı istintaqa başlayıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Məlumata görə, araşdırma zamanı polislər qorxunc mənzərə ilə üzləşiblər. Belə ki, ölkənin ən çox cinayət törədildiyi yerlərdən biri olan Gerrero ştatının ucqar hissəsində – səhrada yanmış cəsəd yığını aşkar edilib.

Mafiya tərəfindən yerləşdirilən videolar və yerli sakinlərin şərhləri səhrada münaqişənin və dron hücumunun olduğunu təsdiqləyir. Ehtimallara görə, azı 30 nəfər həlak olub.

Qeyd edək ki, bundan əvvəl “Familia Michoacana” cinayətkar qrupunun üzvləri düşmənləri olan “Los Tlacos” qruplaşması ilə toqquşmanın bir hissəsinin əks olunduğu görüntüləri paylaşıblar. Videoda silahlı şəxslərin gülləbaran edilən qırmızı pikap maşınının kapotuna və baqajına cəsədlər yığdıqları görünür.

Meyitlərin bəziləri çılpaqdır, bəzilərində bədən üzvləri, birində isə, hətta başı çatışmır.

Videonun sonunda “Familia Michoacana” nümayəndələrindən biri kəsilmiş başı maşının üstünə qoyur.

Qorxunc video “X” sosial şəbəkəsində milyonlarla baxış toplayıb.

Meksika hökuməti KİV-ə bildirib ki, onlar Gerrero ştatının ərazisinin bir hissəsinə nəzarət uğrunda mübarizə aparan “Familia Michoacan” və “Los Tlacos” arasında münaqişədən xəbərdardırlar.

Məlumata görə, yerli sakinlər polisə kömək etməkdən və cəsədlərin tanınması üçün DNT materialı verməkdən imtina ediblər.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir