Dünya

EEVZA: Azərbaycanın U-20 millisi Ukrayna ilə üz-üzə gələcək

Sharing is caring!


Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.

Oxu.Az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçi olduğu yığma Ukrayna ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandamız ötən gün Estoniyaya uduzub – 0:3.

U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir