İdman

AVRO-2020 yalnız Rusiyada keçirilə bilər – İDDİA

Sharing is caring!

Futbol üzrə 2020-ci il Avropa çempionatı yalnız Rusiyanın ərazisində keçirilə bilər.

“Le Parisien”in məlumatına görə, UEFA Avropada koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbilə bu cür variantı nəzərdən keçirir.

Qurum hesab edir ki, sözügedən şərtlərdə turniri keçirmək olduqca çətindir və buna görə də Rusiya variantı üzərində ciddi şəkildə düşünür.

Qeyd olunur ki, Rusiya artıq yazda AVRO-2020 üçün namizədliyini irəli sürüb və koronavirusa yoluxma hallarının aşağı səviyyədə olduğunu qeyd edib.

“Le Parisien” bildirir ki, UEFA hazırda sözügedən məlumatı təsdiqləmir, turnirin keçirilməsi üçün yerin müəyyən edilməsinə vaxt tələb olduğunu vurğulayır.

Əlavə edək ki, turnirin final mərhələsinin bir qrupunun bütün matçları və 1/4 finalın bir oyunu Bakıda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir