Dünya

Dünyada ən güclü pasportlara sahib altı ölkənin adı açıqlandı

Sharing is caring!


Dünyada ən güclü pasportlara sahib olan altı ölkənin adı açıqlanıb ki, bunlar Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniyadır.

Bu barədə “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti məlumat verib.

Bu ölkələrin sakinləri təhlil edilən 227 ölkə və bölgədən 194-nə vizasız giriş imkanına malikdir. İkinci yerdə 193 istiqamətdə vizasız giriş imkanı olan Finlandiya, Cənubi Koreya və İsveç qərarlaşıb.

Ən güclü pasportlara malik ölkələrin ilk üçlüyünə həmçinin Avstriya, Danimarka, İrlandiya və Niderland da daxil edilib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir