Dünya

İranda şagirdlər pulsuz süddən zəhərləniblər – FOTO

Sharing is caring!


İranın Çaharbürc şəhərində məktəb şagirdləri pulsuz verilən süddən zəhərləniblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Çaharbürc şəhər orta məktəbində təxminən 180 şagird arasında pulsuz süd paylanılıb. Nəticədə 20-yə yaxın şagird süddən zəhərlənib və kəskin qarın ağrısı şikayəti ilə tibb mərkəzinə müraciət edib”, – deyə Səma Universitetinin Qoşaçay Tibb Elmləri Fakültəsinin rəhbəri Yusif Rusta bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir