Cəmiyyət

Ağstafada 38 yaşlı kişi naməlum şəraitdə ağır xəsarətlər alıb

Sharing is caring!

Ağstafa rayonunda yerli sakin naməlum şəraitdə müxtəlif xəsarətlər alıb.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü O.Aslanov boğaz, üz və qabırğa nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir