Dünya

Zəlzələ nəticəsində Yaponiyanın yarımadasının sahəsi artıb

Sharing is caring!


Yaponiyanın əsas Honsyu adasındakı Noto yarımadasının ərazisi yanvarın 1-də orada baş verən zəlzələ nəticəsində 4,4 kvadratmetr artıb.

Yaponiya Coğrafiya Cəmiyyəti və Tokio Universitetinin Seysmologiya İnstitutunun apardığı araşdırmaya görə, dəniz dibinin yüksəlməsi bölgənin sahil xəttini bəzi yerlərdə 250 metr şimala doğru itələyib.

Bununla bağlı mütəxəssislər yerində ölçmə aparıblar və kosmosdan çəkilmiş şəkilləri təhlil ediblər.

Yerli sakinlərin sözlərinə görə, dibin qalxması demək olar ki, dərhal və zəlzələ ilə eyni vaxtda baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir