Kriminal

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Sharing is caring!

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında davaya səbəb olub.

Bu barədə URA.ru məlumat yayıb.

Nəşrin məlumatına görə, Qulinin davamçısı – qardaşı Namiq Səlifov (Bakinski) dörd nömrəli tərəvəz bazasına yeni “nəzarətçi” təyin edib. Samir adlı şəxs Türkiyədən Rusiyaya gedib və yeni nəzarət bölgəsində yeni qaydalar qurub.

Nəticədə narazılıq artıb və tərəvəz anbarında “Pələng” (“Tiqr”) kimi tanınan şəxs bıçaqla bazanın iki mühafizəçisini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir