Dünya

Blinken: “Türkiyə Qəzza münaqişəsini həll etmək üçün regional əlaqələrdən istifadə etməyə hazırdır”

Sharing is caring!


ABŞ dövlət katibi Antoni Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra bildirib ki, Ankara Fələstin-İsrail münaqişəsinin həlli üçün Yaxın Şərq regionunda əlaqələrdən istifadə etməyə hazırdır.

 “Türkiyə münaqişənin sona çatması və davamlı sülh və təhlükəsizliyə aparan yol tapılması üçün görüləcək işlərdə müsbət rolda olmağa hazırdır”, – deyə Blinken Krit adasında jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, onlar əvvəlki kimi, münaqişənin gərginliyini azaltmaq və yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək üçün regionun ən mühüm oyunçularından bəziləri ilə mövcud əlaqələrdən, təsirlərdən və münasibətlərdən istifadə etməyə hazırdırlar”, – deyə dövlət katibi qeyd edib.

Blinken münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini bir daha vurğulayıb. O əlavə edib ki, münaqişənin gərginliyini azaltmaq üçün atıla biləcək əlavə addımları araşdırmaq üçün yaxın günlərdə regiondakı müttəfiqləri və tərəfdaşları ilə danışıqları davam etdirmək niyyətindədir.

“7 oktyabrın bir daha təkrarlanmaması və hamı üçün davamlı, dinc və təhlükəsiz gələcəyə aparan yolu təmin etmək üçün atılması lazım olan addımlara diqqət yetirəcəyik”, – deyə Blinken əlavə edib.

Qeyd edək ki, Blinken daha əvvəl İstanbulda Ərdoğan və Fidanla görüşlər keçirib. Tərəflər Fələstin-İsrail münaqişəsini, Ukraynanı, eləcə də İsveçin NATO-ya daxil olması prosesini müzakirə ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir