İdman

Stadionunda işıq dirəyi aşan “Turan Tovuz”dan maraqlı “çıxış yolu” – VİDEO

Sharing is caring!


“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat verilib.

Bildirilib ki, çempionatın XVIII turunda “Araz-Naxçıvan”la oyun zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib. Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.

Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.

Qeyd edək ki, ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir